“Nottingem” 3-ə qalxdı, “Man Siti” enişdə…
"Nottingem Forest" Premyer Liqada əsas rəqibi "Man Siti" ilə xal fərqini 4-ə çatdıraraq 3-cü pillədəki yerini möhkəmləndirdi.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 28-ci turunda qazanılan minimal hesablı qələbə ev sahibinə 3 xal qazandırıb:
Nottingem 1-0 Man Siti
Hudson 83'
Qol: https://t.me/doxsanplus/99322
Qeyd: İndi "Nottigem"in 2-ci yeri ələ keçirmək şansı da var:
1. Liverpul - 70 xal;
2. Arsenal - 54 xal;
3. Nottingem - 51 xal;
4. Mançester Siti - 47 xal.
Oyunun xülasəsi: Keçən mövsümü 17-ci pillədə başa vuran komanda ardıcıl dördüncü titulunu qazanan klubu layiqincə üstələdi. Əgər hər iki klubun mövsümünü əks etdirən oyun adı çəkməli olsaq, bax bu həmin oyundur.
© Copyright 2026, All Rights Reserved