Noyer 2-ci qapıçıya təsəlli verdi!
"Bayern Münhen"in əsas qolkiperi Manuel Noyer ehtiyat qapıçı Yonas Urbiqə çox güvəndiyini bildirib.
90plus.az xəbər verir ki, gənc qapıçının "Union Berlin"ə qarşı etdiyi səhvdən sonra kapitan ona şəxsən təsəlli verib:
"Məndə də belə hallar olur, sən davam et".
Komandanın əksəriyyəti kimi, Noyer də 21 yaşlı qapıçını yüksək qiymətləndirir. Urbiq komanda daxilində çalışqan, diqqətli və tənqidə açıq biri kimi tanınır.
Noyer həmçinin gənc qapıçının klubdakı ilkin dövr fəaliyyətini keçmişdə Aleksander Nyübel ilə müqayisədə daha uğurlu hesab edir.
© Copyright 2026, All Rights Reserved