“O bu rəylərə layiq deyil” Nigar Dominges
Paris-2024 Yay Olimpiadasında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin həyat yoldaşı Nigar Dominqes sosial şəbəkələrdə yazılan mənfi rəylər barədə danışıb.
90plus.az xəbər verir ki, o, həyat yoldaşının Fransa paytaxtında ikinci olması barədə bunları deyib:
“Alfonso üçün 92 kq-a öyrəşmək çox çətin idi, amma ona 3-4 ay kifayət etdi”.
Dominqesin çəkdiyi əziyyət barədə: “Hər gün məşq edir, çox əziyyət çəkirdi. Çox xoşbəxtəm ki, Alfonso Azərbaycanı iki dəfə Olimpiadada təmsil edib və yenə əliboş qayıtmır. Əslində o özü də, biz də qızıl medal gözləyirdik. Ancaq buna da şükürlər olsun ki, zədəsi olmadan sağ-salamat evə qayıdacaq”.
Alfonso barədə yazılan mənfi rəylər barədə: “O bu rəylərə layiq deyil. Döyüşdən sonra sosial şəbəkələrdə yazılanları oxuyub, düzü, çox pis oluram”.
Qeyd: Dominqes Azərbaycan tarixində 2 Olimpiya medalı olan yeganə boksçudur.
Mənbə: İdman.biz
© Copyright 2026, All Rights Reserved