Okan Buruk açıqladı: "Musleranı o əvəzləyəcək"
"Qalatasaray"da uzun illər kapitanlıq etmiş Fernando Musleranın ayrılığından sonra komandanın yeni liderinin kim olacağı maraq doğururdu. Nəhayət, baş məşqçi Okan Buruk bu suala aydınlıq gətirib.
90plus.az xəbər verir ki, Avstriyada keçirilən təlim-məşq toplanışı zamanı "beIN Sports"a açıqlama verən Okan Buruk bildirib ki, komandanın yeni kapitanı argentinalı hücumçu Mauro İkardi olacaq:
"Kapitanımız Musleradan sonra İkardi idi. Bu rola İkardi davam edəcək. Komanda ilə bir arada olduqca, məşqlərə qatıldıqca və digər sahələrdə birlikdə olduqca motivasiyası daha da artır. Bu düşərgə prosesi onun üçün olduqca önəmlidir."
Baş məşqçi həmçinin İkardinin son aylarda göstərdiyi inkişafı və liderlik keyfiyyətlərini yüksək qiymətləndirib:
"1-2 ay əvvəlki Mauro İkardidən fərqli olaraq indi həm komanda ilə bir arada olan, həm də yoldaşlarını birləşdirməyə çalışan, onlara motivasiya verən bir liderə çevrilib. Oynamağa başladıqca komandaya verdiyi töhfə də artacaq."
Beləliklə, "Qalatasaray" azarkeşlərinin sevimlisi olan İkardi növbəti mövsümdə kapitanlıq sarğısını daşıyacaq.
© Copyright 2026, All Rights Reserved