Okan Buruk: "Biz ədalətli hakim istəyirik"
Okan Buruk "Fənərbağça" ilə oyundan sonra hakim haqqında danışdı.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 13-cü turunun mərkəzi qarşılaşmasında "Qalatasaray" "Fənərbağça" səfərinə yollanıb. Oyun 1-1 hesabı ilə başa çatıb. Oyundan sonra qonaqların baş məşqçisi Okan Buruk maraqlı açıqlamalar verib.
Bu maç üçün xarici hakim istəmədiyinizə görə peşmansınız?
”Qalatasaray”ın baş məşqçisi Okan Buruk:
"Ömrümüz hakimləri danışaraq keçir. Xarici hakim tələbi etməmişdik. Biz tələb etsək, yerinə yetirərdilərmi, bilmirəm.
Keçən il xarici hakim gəldi. Biz ədalətli, iki komandanın da haqqını yeməyən, eyni qərarları verəcək hakim istəyirik, başqa heç nə istəmirik”.
© Copyright 2026, All Rights Reserved