Okan Buruk PSJ-nin futbolçusu üçün Fransaya getdi
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk ispaniyalı sağ cinah oyunçusu Marko Asensio ilə danışıqlar aparmaq üçün Fransaya səfər edəcək.
90plus.az xəbər verir ki, 29 yaşlı futbolçu PSJ-də əsas heyətə düşə bilmədiyi üçün klubdan ayrılmaq qərarına gəlib.
"Qalatasaray"ın çalışdırıcısı Okan Buruk Marko Asensionu komandaya transfer etmək üçün onu razı salmaq məqsədilə Fransaya gedəcək.
Xatırlatma: Marko Asensio cari mövsümdə PSJ forması ilə 16 oyunda çıxış edərək cəmi iki qol vurub və dörd məhsuldar ötürmə edib.
Mənbə: Fanatik
© Copyright 2026, All Rights Reserved