Osimhen qalmaq üçün "Qalatasaray"a şərt qoydu
"Qalatasaray" Viktor Osimheni komandada saxlamaq üçün bütün variantları sınayır.
90plus.az xəbər verir ki, Türkiyənin aparıcı klubu futbolçunu tam transfer etmək niyyəti ilə maliyyə planlarını reallaşdırmağa başlayıb. "Qalatasaray" bu məsələ ilə bağlı Osimhenlə görüş keçirib və klubun niyyəti futbolçuya çatdırılıb. Osimhenin "Qalatasaray"da qalmaq üçün müəyyən bir şərti var. Futbolçu komandada çıxışını davam etdirmək üçün klubun Çempionlar Liqasında iştirak etməsini tələb edir.
Qeyd: Türkiyə çempionu turnirdə birbaşa iştirak hüququ qazanır, ikinci pillədə qərarlaşan komanda isə seçmə mərhələlərdə oynamaq məcburiyyətində qalır.
© Copyright 2026, All Rights Reserved