Pedri: “Qızıl Top mənlik deyil”
Pedri: “Qızıl top” mənim üçün çox uzaq bir şeydir"...
90plus.az xəbər verir ki, "Barselona"nın 22 yaşlı ispan yarımmüdafiəçisi Pedri haqda dünyanın ən yaxşı yarımmüdafiəçisi, hətta bir az da irəli gedərək Qızıl topu qazanmalı olduğunu söyləyənlər var. Ancaq "Barselona"nın gənc ulduzu bu yaxınlarda verdiyi müsahibədə bu fikirləri rədd edib:
"Rodri kimi bir neçəsi istisna olmaqla, mükafatı ümumiyyətlə yaxşı qol vurma statistikası olan oyunçular qazanır. “Qızıl top”u statistik cəhətdən yaxşı olan və fərq yaradan Lamin Yamal və ya Rafinyanın qazanmasına üstünlük verərdim.
Çempionluq qazansaq, sevinərəm”.
Qeyd: Kataloniyalılar La Liqada birinci, Kral Kubokunda isə yarımfinaldadırlar. Onlar həmçinin Çempionlar Liqasının 1/4 finalında "Borussiya Dortmund" ilə oynamalıdırlar.
© Copyright 2026, All Rights Reserved