Pep: “Bir parçamız buradan ayrılır”
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun belçikalı ulduzu Brüynenin bugünkü vida paylaşımına münasibət bildirib.
90plus.az xəbər verir ki, Pep 2015-ci ildən "Mançester Siti"yə 10 ilini həsr edən və klubun əfsanəsinə çevrilən De Bruynenin gedişinə üzülüb:
Video: https://t.me/doxsanplus/100703
“Üzücü bir gündür. Bizim bir parçamız buradan ayrılır. Kevin de Bruynesiz qazandığımız uğurları təsəvvür etmək çətindir. Şübhəsiz ki, o, bu ölkədə və "Man Siti"də oynayan ən yaxşı yarımmüdafiəçilərdən biridir.”
“Klubların Dünya Kubokunda bizimlə olacaqmı, bilmirəm. Bu barədə danışmalı olacağıq. Müqaviləsi başa çatmadan əvvəl bu turnirdə oynayacağıq.”
Qeyd: 33 yaşlı yarımmüdafiəçi İnstagram hesabında gedəcəyi barədə paylaşım edib.
Həmçinin oxu: https://90plus.az/bruyne-10-il-sonra-sitini-trk-edir-ozu-duygusal-acqlad/xeber/
© Copyright 2026, All Rights Reserved