Pioli "Əl Nəssr"də yaxşı başladı! 9 gün, 3 qalibiyyət
"Əl Nəssr" komandasının baş məşqçi vəzifəsinə Stefano Piolini gətirən və heyətində Kristiano Ronaldonu saxlayan komanda, Səudiyyə Ərəbistanı Pro Liqasının 5-ci həftəsində "Əl Vahda"nı evində qəbul etdi.
90plus.az xəbər verir ki, Əl-avval Parkda keçirilən oyundan meydan sahibi komanda 2-0 hesabı ilə qalib ayrıldı.
RONALDODAN 5 OYUNDA 4 QOL
"Əl Nəssr"ə qələbə gətirən qolları 41-ci dəqiqədə Angelo Borges və 56-cı dəqiqədə penaltidən Kristiano Ronaldo vurdu. 39 yaşlı ulduz futbolçu, bu mövsüm Səudiyyə Pro Liqasında çıxdığı 5 oyunda 4-cü dəfə qol vurdu. Ronaldonun bir də məhsuldar ötürməsi var.
PIOLI İLƏ 9 GÜNDƏ 3 QƏLƏBƏ
Digər tərəfdən, 18 sentyabrda "Əl Nəssr"ə imza atan Stefano Pioli, yeni komandasında 9 gün ərzində çıxdığı 3-cü oyunundan da qələbə ilə ayrıldı. İtalyan məşqçinin komandası keçən həftə liqada "Əl İttifaq"ı 3-0 məğlub etmiş, Kral Kubokunun 1-ci turunda isə "Əl Hazem"i 2-1 hesabı ilə udmuşdu.
© Copyright 2026, All Rights Reserved