Polşanın çalışdırıcısı: “Yenə davam etmək istəyirəm”
Polşa millisinin çalışdırıcısı Mixal Probyerz Avropa çempionatının 3-cü turunda Fransa ilə (1:1) heç-heçə bitən matçı şərh edib.
90plus.az xəbər verir ki, mübarizəni dayandıran mütəxəssus futbolçulara və azarkeşlərə təşəkkür edib:
"Sona qədər mübarizə apardıq, yaxşı oyunlarımız oldu. Mən yenə də davam etmək istəyirəm. Oyunçulara sədaqətlərinə görə təşəkkür edirəm. Pley-offa vəsiqə qazana bilmədiyimiz üçün təəssüf ki, buradan ayrılmaq məcburiyyətindəyik".
Qeyd: Polşa D qrupunda 1 xalla sonuncu yeri tutub.
© Copyright 2026, All Rights Reserved