Premyer Liqa klubundan Barış Alper Yılmaza təklif var
Karyerasının ən çox qol vurduğu mövsümünü keçirən 24 yaşındakı Barış Alper Yılmaz haqda diqqət çəkən bir iddia ortaya çıxıb.
90plus.az xəbər verir ki, Premyer Liqa klubu "Vest Hem Yunayted"in Barış Alper Yılmazı transfer etmək üçün hərəkətə keçdiyi bildirilib.
"Qalatasaray" 40 milyon funt-sterlinq istəyib
"Vest Hem Yunayted"in transferi qış mövsümündə başa çatdırmaq istədiyi qeyd edilib. "Qalatasaray"ın Barış Alper Yılmaz üçün 40 milyon funt-sterlinq transfer haqqı və bonuslar tələb etdiyi bildirilir.
Bazarı dəyəri 20 milyon avro
Barış Alper Yılmazın "Qalatasaray" ilə olan müqaviləsi 30 iyun 2027-ci ildə başa çatacaq. 24 yaşlı cinah oyunçusunun cari bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
"Keçiörengücü"nün 20% payı olacaq
2021-2022 mövsümünün əvvəlində "Keçiörengücü"ndən "Qalatasaray"a transfer olan 24 yaşındakı cinah oyunçusunun satışından "Ankara" klubu 20% pay alacaq.
Bu mövsümdəki performansı
24 yaşındakı türkiyəli futbolçu bu mövsüm "Qalatasaray"da 28 qarşılaşmada iştirak edərək, 11 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Barış Alper Yılmaz, Türkiyə Milli Komandasının formasını isə 24 dəfə geyinib və 2 qol vurub.
© Copyright 2026, All Rights Reserved