PSJ çempionluğa çathaçatdır
İspaniyada "Barselona", Fransada "Paris Seynt Jermen" (PSJ), İtaliyada "İnter" və Almaniyada "Bayern Münhen" liderliyini davam etdirir.
90plus.az xəbər verir ki, "Liqa 1"-də səfərdə "Sent-Etienne"i 6-1 məğlub edən lider PSJ çempionluğa bir addım daha yaxınlaşdı. Bu qarşılaşmada PSJ-nin qollarını Dezire Due (2), Xviça Kvaratskxelia, Joao Neves, Ibrahim Mbaye və penaltidan Qonçalo Ramoş vurdu.
İkinci yer olan "Monako" öz meydanında "Nitsa"nı 2-1 məğlub edərkən "Olimpik Marsel" isə səfərdə "Reims"ə 3-1 uduzdu.
"Liqa 1"-də ardıcıl 8-ci qələbəsini qazanan və hələ də məğlubiyyətsiz olan PSJ 27-ci həftə sonunda 71 xalla zirvədə yer alır. Onu izləyən "Monako" 50, "Olimpik Marsel" isə 49 xalla ardıcıl olaraq sıralanır.
PSJ 28-ci həftədə evində "Anje" ilə qarşılaşacaq. Parislilər bu oyundan xal alarsa və ya "Monako" "Brest" səfərində xal itirərsə, çempionluğunu elan edəcək.
© Copyright 2026, All Rights Reserved