PSJ Messigili darmadağın edərək 1/4-ə çıxdı
PSJ “İnter Mayami”ni darmadağın edərək Klubların Dünya Çempionatında 1/4 finala yüksəldi.
90plus.az xəbər verir ki, "Paris Sen-Jermen" 2025 Klubların Dünya Çempionatının 1/8 finalında “İnter Mayami” üzərində 4:0 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb. Görüş ABŞ-ın Atlanta şəhərindəki Mercedes-Benz Stadionunda baş tutub və tribunada 66 minə yaxın azarkeş olub.
Lionel Messi və Luis Suares kimi ulduzlara sahib olan MLS təmsilçisi bu dəfə rəqibin sürəti və təzyiqi qarşısında tam aciz qalıb.
”İnter Mayami” PSJ qarşısında ilk hissədə:
Zərbə: 0
Qol vəziyyəti: 0
Rəqib cərimə meydançasında topla görüş: 0
Künc zərbəsi (korner): 0
Dəqiq ötürmə (orta): 0
Qol gözləntisi (xG): 0.00 (Opta)
PSJ isə göstərdiyi dominant oyunu ilə ilk hissədə vurduğu 4 qolla 1/4 finala yüksəlib.
Parislilər növbəti mərhələdə “Bayern Münhen” və ya “Flamenqo” ilə qarşılaşacaq. “İnter Mayami” isə turnirdə yoluna ağır məğlubiyyətlə yekun vurdu.
PSJ 4 - 0 İnter Mayami
João Neves 6', 39'
T. Avilés 44' (ö.q)
A. Hakimi 45+3'
Qollar: https://t.me/doxsanplus/104677
© Copyright 2026, All Rights Reserved