PSJ-nin sahibi bu klubu alır
Qətərli biznes adamı, PSJ-nin sahibi Nasser Al-Xelaifi İspaniyanın "Malaqa" komandasını 100 milyon avroya almaq üzrədir.
90plus.az xəbər verir ki, Əndəlüs təmsilçisinin hazırkı rəhbərliyi soyuqqanlılığı qorumaq və diqqəti idman məqsədlərindən yayındırmamaq üçün çalışırlar. Amma Qətərdə onlar artıq "Malaqa"nı öz klubu kimo görür və müqaviləni mümkün qədər tez bağlamağa çalışırlar.
Qeyd: Hazırda Segunda divizionunda mübarizə aparan və 15-ci yerdə gedən "Malaqa" elitaya qayıtmaq üçün sabitlik axtardığı bir vaxtda möhkəm maliyyə strukturuna malik bir qrupun gəlişi dönüş nöqtəsi ola bilər.
📰: L'Equipe və New York Times
© Copyright 2026, All Rights Reserved