Qabi baş məşqçi olub
İllər əvvəl oyununu izlədiyimiz Qabi artıq La Liqa 2 komandalarından "Real Saraqoza"nın baş məşqçisi təyin edildi.
90plus.az xəbər verir ki, 41 yaşlı ispaniyalı "Atletiko Madrid"də uzun müddət çıxış etmiş sabiq yarımmüdafiəçi Qabi Fernandez problem içində üzən "Real Saraqosa"nın müvəqqəti baş məşqçisi kimi ilk böyük məşqçilik roluna start verib.
Bu, 2020-ci ildə Qətərin "Əl Sədd" klubundan futbolçu karyerasını başa vuran Qabinin ilk sınağı olacaq. Vaxtilə sloveniyalı qapıçı Yan Oblak ilə soyunub-geyinmə otağını paylaşdığı "Atletiko Madrid"in ən uğurlu dövründə liderlik keyfiyyətləri ilə tanınan Qabi "Saraqosa"nın taleyini dəyişdirmək üçün nəzərdə tutlub.
Qeyd: Tarixən İspaniyanın görkəmli klublarından biri olan "Saragosa" hazırda Sequnda Divizionunun dibində mübarizə apararaq dərin problem yaşayır.
© Copyright 2026, All Rights Reserved