"Qalatasaray" Arda Turanın qarşısına ciddi itki ilə çıxacaq
Barış Alper Yılmaz vacib səfər oyununda iştirak edə bilməyəcək.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın "Bodrum FK" ilə keçirdiyi qarşılaşmada Barış Alper Yılmaz sarı vərəqə aldığı üçün "Eyüpspor"la səfərdə oynanacaq növbəti matçda cəzalı duruma düşüb.
Süper Liqanın 32-ci turunda "Qalatasaray" evdə "Bodrum FK" ilə qarşılaşdı. Barış Alper Yılmaz bu oyuna start heyətində başladı və 31-ci dəqiqədə etdiyi qayda pozuntusuna görə sarı vərəqə aldı. Bu vərəqə ilə cəza limitinə çatdığı üçün növbəti turda "Eyüpspor"la keçiriləcək səfər matçında oynaya bilməyəcək.
Qeyd: "Eyüpspor"u sabiq "Qalatasaray"lı Arda Turan çalışdırır.
© Copyright 2026, All Rights Reserved