"Qalatasaray" aşağı liqaya düşən klubun müdafiəçisinə maraq salıb
Türkiyənin “Qalatasaray” komandası gələcək mövsüm üçün müdafiə xəttini yeni bir oyunçu ilə gücləndirmək niyyətindədir.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi “Lester Siti”nin futbolçusu Vaut Fasın transferinə maraq göstərir. Bu barədə Belçika mediasında xəbərlər yer alıb.
“Qalatasaray” Premyer Liqanı tərk edən belçikalı müdafiəçini transfer etmək imkanından istifadə etmək istəyir. 27 yaşlı mərkəz müdafiəçisinə “Latsio” və Almaniyanın bir neçə klubu da maraq göstərir.
Xatırlatma: Vaut Fas 2022-ci ilin sentyabrında “Reyms”dən “Lester Siti”yə keçib. Belçika milli komandasının üzvü cari mövsümdə “tülkülər”in heyətində 32 rəsmi oyunda meydana çıxaraq 2 dəfə fərqlənib. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd: "Lester" bu il Premyer Liqadan Çempionşipə yuvarlandı.
© Copyright 2026, All Rights Reserved