"Qalatasaray" daha bir əsas heyət üzvünü itirdi
Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi İsmail Yakobs zədələnərək sıradan çıxıb.
Seneqallı oyunçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Yunion Sent-Jilluaz"la görüşdə zədələnib. 26 yaşlı sol cinah müdafiəçisi İstanbul derbisində, "Fənərbaxça"ya qarşı oynaya bilməyəcək.
İsmail Yakobs bu mövsüm "sarı-qırmızılar"ın heyətində 17 rəsmi oyuna çıxıb.
Qeyd: "Fənərbağça" – "Qalatasaray" qarşılaşması 1 dekabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved