“Qalatasaray” Donarummaya rəsmən təklif yolladı
“Qalatasaray”dan Donnarummaya böyük təklif – transfer asan olmayacaq.
90plus.az xəbər verir ki, yeni mövsümə iddialı başlamaq istəyən “Qalatasaray” transfer çalışmalarını sürətləndirib. Sarı-qırmızılılar qapı xəttini möhkəmləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib – Canluici Donnarumma.
İtalyan jurnalist Alfredo Pedullanın məlumatına görə, “Qalatasaray” PSJ-nin 26 yaşlı ulduz qapıçısına cazibədar təklif göndərib. Lakin Donnarumma bu təklifə dərhal cavab verməyib və hazırda gözləmə mövqeyini seçib.
Məlumata əsasən, Donnarumma hələ də PSJ ilə maaş məsələsində razılıq əldə etməyə çalışır, lakin danışıqlarda irəliləyiş qeydə alınmayıb. Fransa təmsilçisinin qolkiperlə müqavilə yeniləməyə aktiv yanaşmaması vəziyyəti daha da qeyri-müəyyən edir.
Bu arada İngiltərənin nəhəng klubu “Mançester Siti” də Donnarummanın durumunu yaxından izləyir. Əgər PSJ ilə yeni sözləşmə imzalanmasa, “şəhərlilər”in də bu transfer üçün hərəkətə keçəcəyi gözlənilir.
“Qalatasaray” üçün bu transfer böyük iddia və eyni zamanda çətin proses ola bilər. Həm maliyyə baxımından, həm də rəqabət səviyyəsində sarı-qırmızılıların işinin asan olmayacağı açıq şəkildə görünür.
© Copyright 2026, All Rights Reserved