"Qalatasaray" "Liverpul"un ingilis futbolçusuna "elçi düşdü"
“Liverpul”un gənc futbolçusu Harvi Elliottun karyerasını Türkiyə Super Liqasında davam etdirməsi gündəmdədir.
90plus.az xəbər verir ki, “Qalatasaray” 22 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə məlumatı Türkiyənin “Sabah” nəşri yayıb.
Məlumata görə, İstanbul təmsilçisi Elliott və onun meneceri ilə danışıqlar aparmaq üçün futbolçunu şəhərə dəvət edib. “Sarı-qırmızılar” oyunçunu icarə əsasında komandaya cəlb etməyi planlaşdırır.
Qeyd: Harvi Elliott 2019-cu ilin yayında “Fulhem” akademiyasından “Liverpul”a transfer olunub. İngiltərənin U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqada 28 rəsmi matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved