"Qalatasaray" mozambikli oyunçu alır
"Qalatasaray" yay transfer dönəmində heyətini Mozambikdən olan futbolçu ilə gücləndirə bilər.
90plus.az xəbər verir ki, söhbət Reinildo Mandavadan gedir. 31 yaşlı müdafiəçiyə növbəti mövsümü "Qalatasaray"da keçirmək təklif olunub. Lakin oyunçu hələ də son qərarını qarşı tərəfə çatdırmayıb.
Türkiyə nəhəngi isə bu transferi yay aylarında reallaşdırmağı planlaşdırır. Reinildonun “Atletiko Madrid”lə olan müqaviləsi 2025-ci ilin 30 iyununda başa çatacaq. Mozambikli oyunçu daha əvvəl “Fafe”, “Sportinq Kovilya”, “Belenenseş” və “Lill” klublarında çıxış etdikdən sonra 2022-ci ildə “Atletiko Madrid”ə transfer olunub.
© Copyright 2026, All Rights Reserved