"Qalatasaray" Musleranın yerini türk qapıçı ilə dolduracaq
"Qalatasaray" klubu mövsümün sonunda komandadan ayrılacaq Fernando Musleranın boşluğunu "Trabzonspor"da forma geyinən Uğurcan Çakırla doldurmaq niyyətindədir.
90plus.az xəbər verir ki, tərəflər arasında danışıqlar başlayıb.
Qara dəniz təmsilçisi Uğurcan Çakırın keçidi üçün ilk rəsmi təklifini göndərməyə hazırlaşır.
Qeyd: Uğurcan Çakır "Trabzonspor" forması ilə çıxdığı son beş oyunda qapısından 10 top buraxıb.
© Copyright 2026, All Rights Reserved