“Qalatasaray” ən çox pul qazanan türk klubudur
"Qalatasaray" klubu Avropa Liqasında ən çox pul qazanan türk klubu olub.
90plus.az xəbər verir ki, hazırda Liqa mərhələsində 9-cu sırada qərarlaşan "Cim-Bom" 17 milyon 518 min avro gəlir əldə edib.
"Fənərbağça" 13 milyon 899 min avro, "Beşiktaş" isə 10 milyon 630 min avronu "cibinə qoyub". Onlar müvafiq olaraq 23 və 24-cü yerləri bölüşürlər.
Qeyd: Avropa Liqasında Liqa mərhələsinin sonuncu - 8-ci turu yanvarın 30-u gecəyarısı baş tutacaq.
© Copyright 2026, All Rights Reserved