“Qalatasaray” nəfəskəsən oyunda “Samsunspor”u uddu
Super Liqasının 15-ci turunda lider “Qalatasaray” öz meydanında “Samsunspor”u qəbul edib və həyəcan dolu matçda 3–2 hesabı ilə qalib gəlib.
90plus.az xəbər verir ki, Rams Parkda baş tutan qarşılaşmada meydan sahiblərinin qollarını Leroy Sane və Viktor Osimhen (2 qol) vurub. Qonaq komandanın heyətində isə Musaba və Emre Kılınc fərqlənib.
Matçın son dəqiqələrində Osimhenin vurduğu qələbə qolu tribunaları coşdurub və “Qalatasaray”ın liderliyini möhkəmləndirib. Bu nəticə ilə “Qalatasaray” xallarını 36-ya yüksəldib, “Samsunspor” isə 25 xalda qalıb.
Qalatasaray 3 - 2 Samsunspor
L. Sane 8’
V. Osimhen 29’ 90+3’
A. Musaba 56’
E. Kılıç 88’
Türkiyə Super Liqası, 15-ci tur
© Copyright 2026, All Rights Reserved