"Qalatasaray" Osimhen transferi üçün bu yola əl atdı
Türkiyənin "Qalatasaray" komandası Nigeriyalı forvard Viktor Osimheni daimi olaraq heyətinə qatmaq məqsədilə yeni bir tətbiq istifadəyə verib.
90plus.az xəbər verir ki, bu tətbiqdən yararlanmaq istəyən azarkeşlər ayda 3 min Türkiyə lirəsi ödəməli olacaqlar.
Klub ilkin mərhələdə 500 min istifadəçiyə çataraq Osimhenin transferini gerçəkləşdirməyi planlaşdırır.
"Qalatasaray" tətbiqindən istifadə edən azarkeşlər üçün müxtəlif yeniliklər nəzərdə tutulub.
Belə ki, azarkeşlərə komandanın məşqlərini canlı izləmək və oyunçularla tanışlıq kimi müxtəlif üstünlüklər təqdim ediləcək. Tətbiqin məqsədi ilk mərhələdə 500 min ödənişli üzvə çatmaqdır.
Xatırlatma: Viktor Osimhen bu mövsüm "Qalatasaray" üçün 20 qol vurub.
© Copyright 2026, All Rights Reserved