"Qalatasaray" yarımmüdafiəçisi ilə müqaviləni uzatdı
"Qalatasaray" klubu futbolçusu Lukas Torreyra ilə müqaviləsini yeniləyib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə Türkiyə Futbol Federasiyasına rəsmi müraciət edib. Uruqvaylı yarımmüdafiəçi ilə yeni razılaşma 2028-ci ilin sonunadək qüvvədə olacaq.
Xatırlatma: Torreyra 2022-ci ildən "Qalatasaray" formasını geyinir. Bu müddət ərzində o, 123 matçda iştirak edib və 4 qol vurub.
© Copyright 2026, All Rights Reserved