"Qalatasaray" yeni idman kompleksi tikdirir
Türkiyənin "Qalatasaray" klubu genişmiqyaslı idman kompleksi tikməyi planlaşdırır.
90plus.az xəbər verir ki, Ekologiya və Şəhərsalma Nazirliyi tikintiyə rəsmi razılıq verib.
Yeni kompleks, "Qalatasaray"ın hazırda ev oyunlarını keçirdiyi "Rams Park" stadionunun yaxınlığında inşa ediləcək və 62 hektar sahəni əhatə edəcək. Burada basketbol və voleybol üçün idman zalları ilə yanaşı, olimpiya standartlarına uyğun qapalı hovuz da mövcud olacaq.
Layihə çərçivəsində azarkeşlər üçün restoranlar, konfrans zalları və digər xidmət obyektlərinin tikilməsi nəzərdə tutulub.
"Qalatasaray" rəhbərliyi bu möhtəşəm layihə ilə "Qalatasaray" dünyasını bir araya gətirən böyük bir mərkəz yaratmağı hədəfləyir. Yeni kompleks sayəsində azarkeşlər oyun günlərini xüsusi idman və əyləncə tədbirləri ilə qeyd edə biləcəklər.
© Copyright 2026, All Rights Reserved