"Qalatasaray"da Musleraya vəzifə təklif edildi
"Qalatasaray"da Fernando Muslera dövrü bağlanır.
90plus.az xəbər verir ki, "Sarı-qırmızılılar"ın 38 yaşlı təcrübəli qapıçısı, 2025-ci ilin iyununda başa çatacaq müqaviləsinin ardından karyerasında yeni bir səhifə açmağa hazırlaşır.
2011-ci ildə "Latsio"dan transfer olunan və "Qalatasaray" formasıyla sayısız çempionluq yaşayan Muslera, əlcəklərini təhvil verməyə hazırlaşır. Bu mövsüm performansıyla bəzən tənqid oxlarının hədəfinə çevrilən uruqvaylı qapıçı, 2024-cü ilin aprelində 1 illik müqavilə uzadaraq komandada qalmağı seçmişdi. Lakin, "Young Boys"la oyunda rəqibinə etdiyi sərt müdaxilə səbəbilə gördüyü qırmızı kart və Avropa oyunlarında buraxdığı səhv qollar azarkeşlərin tənqidinə səbəb olub. Mövsümün sonunda isə təcrübəli qapıçının "Qalatasaray"dan ayrılması gözlənilir.
MUSLERA'YA YENİ VƏZİFƏ TƏKLİFİ
"Qalatasaray" rəhbərliyi, Musleranın klubla əlaqəsini kəsmək istəmir. Təcrübəli qapıçıya texniki heyətdə vəzifə təklif etməyə hazırlaşan "sarı-qırmızılılar", uruqvaylının bu təklifə necə cavab verəcəyini maraqla gözləyir.
© Copyright 2026, All Rights Reserved