"Qalatasaray"dakı milli futbolçularımız ÇL-da
Azərbaycan millisinin futbolçuları Kristina Bakaradze və Nazlıcan Parlakın formasını geyindiyi “Qalatasaray”ın Çempionlar Liqasında rəqibləri bəlli olub.
90plus.az xəbər verir ki, Türkiyə klubu A qrupunda çıxış edəcək.
Püşkə əsasən, “sarı-qırmızılar” “Volfsburq”, “Roma” və “Lion”la üz-üzə gələcəklər.
Qeyd: “Qalatasaray” qadın futbolçular arasında Çempionlar Liqasında oynayacaq ilk Türkiyə klubu olacaq.
© Copyright 2026, All Rights Reserved