"Qalatasaray" İlkay Gündoğan bombası atıb – Transfer tarixi var
Türkiyənin tanınmış klubu "Qalatasaray" daha bir möhtəşəm transferə imza atıb. Klub Almaniya millisinin təcrübəli yarımmüdafiəçisi İlkay Gündoğanla 2 illik müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, Türkiyə mediası tərəflərin artıq razılığa gəldiyini və İlkay Gündoğanın 2 sentyabr tarixində, səhər saatlarında İstanbulda olacağını yazır.
İlkay Gündoğanın adı daha əvvəl də tez-tez "Qalatasaray"la hallanırdı, lakin bu dəfə transfer rəsmiyyət qazanmaq üzrədir.
Bundan əvvəl "Fənərbağça"nın da futbolçunu heyətinə qatmaq istədiyi iddia olunurdu. Lakin son nəticədə Gündoğan "Qalatasaray"ı seçdi.
Təcrübəli futbolçu ötən mövsüm "Mançester Siti" ilə ümumilikdə 54 oyunda iştirak edib, 5 qol və 8 asistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved