"Qalatasaray"dan möhtəşəm seriya – 15 oyundur məğlubiyyət yoxdur
Süper Liqanın 4-cü turunda "Qalatasaray" "RAMS Park" stadionunda "Rizəspor"u 3:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, bu nəticə ilə sarı-qırmızılılar rəsmi oyunlardakı ardıcıl qələbə seriyasını 15 matça çatdırıb.
"Qalatasaray" son xal itkisinin martın 29-da baş tutan "Beşiktaş" derbisində qeydə alındığı oyundan sonra, həm Süper Liqa, həm də Türkiyə Kuboku daxil olmaqla çıxdığı 15 oyunun hamısında qalib gəlib.
Son 3 mövsümün çempionu "Qalatasaray" Super Liqanın yeni mövsümündə də itkisiz davam edir:
4 matç; qələbə; vurulan 13 qol və buraxılan cəmi 1 top!
Qalatasaray 3-1 Rizespor
Sançez 20'
Osimhen 65'
Varenasovic 73'
İkardi 90+2'
Qollar:
https://t.me/doxsanplus/106953
https://t.me/doxsanplus/106957
https://t.me/doxsanplus/106958
© Copyright 2026, All Rights Reserved