"Qalatasaray"ın bas məşqçisi bu futbolçu üçün İtaliyaya yollandı
Türkiyə Superliqasının təmsilçilərindən "Qalatasaray" futbol klubunun baş məşqçisi Okan Buruk Paulo Dibala ilə danışıqlar üçün İtaliyaya yollanıb.
90plus.az xəbər verir ki, klub yalnız Dibalanı deyil, PSJ-nin müdafiəçisi Milan Şkrinyarı da transfer etmək niyyətindədir.
Bu məqsədlə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk klub rəhbərliyi ilə birlikdə İtaliyaya səfər edib.
Xatırlatma: Paulo Dibala "Qalatasaray"ın daha öncəki təklifini bəyənmədiyi üçün Türkiyə klubuna keçidi qəbul etməmişdi.
Qeyd: Paulo Dibalanın "Roma" ilə mövcud müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Təcrübəli futbolçu daha əvvəl "İnstituto", "Palermo" və "Yuventus" klublarının şərəfini qoruyub.
© Copyright 2026, All Rights Reserved