"Qalatasaray"ın Çempionlar Liqasında iştirakı dəqiqləşdi
Türkiyə Superliqasının 31-ci həftəsində "Qalatasaray" klubu "Samsunspor"u 2:0 hesabı ilə məğlub edərək lider mövqeyini qoruyub.
90plus.az xəbər verir ki, səfərdən 3 xal qazanan "CimBom"un mövsümü ilk iki pillədə başa vuracağı dəqiqləşib.
Beləliklə, "Qalatasaray" üçüncü sıradakı rəqibini 23 xal üstələyərək ən azı ikinci pilləni təmin edib.
Əgər "Qalatasaray" mövsümü çempion olaraq tamamlayarsa, birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Hazırda "Qalatasaray" 74 xalla turnir cədvəlində birinci yeri tutur. Liderdən 3 xal geridə olan "Fənərbağça" isə ikinci sıradadır.
© Copyright 2026, All Rights Reserved