"Qalatasaray"ın hücumçusu komandadan ayrılır
"Qalatasaray"ın "Milan" klubundan bir illik icarəyə götürdüyü Alvaro Morata İstanbul təmsilçisindən ayrılmaq niyyətindədir.
90plus.az xəbər verir ki, ispan hücumçu oynamaq üçün az şans qazandığından narazıdır.
Viktor Osimhenin varlığında əsas heyətə düşməkdə çətinlik çəkən Morata, 32 yaşında olmasına baxmayaraq, mövsüm bitdikdən sonra "Milan"a qayıtmağı düşünür.
Qeyd: Alvaro Morata bu ilin fevral ayında "Qalatasaray" tərəfindən icarəyə götürülüb. İspaniya yığmasının üzvü indiyədək "sarı-qırmızılar"la keçirdiyi 10 qarşılaşmada 3 qol vurub və 1 məhsuldar ötürmə ilə fərqlənib. Onun icarə müqaviləsi 2025-ci il yanvarın 20-nə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved