"Qalatasaray"ın hücumçusundan bir ilk
Nigeriyalı ulduz futbolçu Viktor Osimhen adını Türkiyə Superliqasının tarixinə yazdırıb.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın ulduzu meydana çıxdığı ilk altı matçın hər birində qola qatqı göstərib.
Viktor Osimhenin bu göstəricisi Türkiyə Superliqasında ilk olub.
Bundan başqa, Osimhen 2014/15 mövsümündən bu yana Türkiyə Superliqasında başla ən çox zərbə endirən futbolçu olub.
Qeyd: Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı doqquz görüşdə səkkiz qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved