"Qalatasaray"ın istədiyi futbolçu "Fənər"ə yazıldı
"Fənərbağça"dan gecə yarısı sürpriz: Hakan Çalhanoğlu ilə Ali Koç görüşüb.
90plus.az xəbər verir ki, "Fənərbağça"nın prezidenti Ali Koç İtaliyanın "İnter" klubunda və Türkiyə millisində çıxış edən ulduz futbolçu Hakan Çalhanoğlu ilə gecə yarısı şəxsi görüş keçirib. Görüşdə Çalhanoğlunun transfer məsələləri müzakirə olunub və ona "Sarı-lacivərtlilər"də kapitanlıq təklifi irəli sürülüb.
Keçən mövsüm "İnter"lə UEFA Çempionlar Liqasının finalına yüksələn Hakan Çalhanoğlu 47 oyunda 11 qol və 8 asistlə diqqətçəkən performans göstərib. Bu mövsümün əvvəlində isə "İnter" rəhbərliyi "Qalatasaray"la Çalhanoğlunun transferi ilə bağlı görüşlər keçirdiklərini açıqlamışdı.
Hakan Çalhanoğlunun atası Hüseyn Çalhanoğlu, transfer dönəmində "Qalatasaray"la adı hallanarkən maraqlı şəkildə klubun rəsmi sosial media hesabını izləməkdən imtina edib. Bu isə sosial mediada geniş müzakirələrə səbəb olub.
"Fənərbağça"nın sabiq futbolçusu Serhat Akın da sosial şəbəkədə "Hakan Çalhanoğlu 'Fənərbağça'mıza xeyirli olsun" mesajı ilə transferin yaxın olduğunu vurğulayıb. Bu paylaşım azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.
© Copyright 2026, All Rights Reserved