“Qalatasaray”ın prezidenti sərt danışdı
“Qalatasaray” rəhbərliyindən hakimlik etirazı – Metin Öztürk: “Ortada bir teatr var”.
90plus.az xəbər verir ki, “Qalatasaray”ın 2-ci prezidenti Metin Öztürk “Fənərbağça” – “Qalatasaray” (1:1) matçından sonra hakimliklə bağlı sərt açıqlama verib.
Öztürk qarşılaşmanın idarəçiliyindən narazı qaldıqlarını bildirib:
“Bu hakim kimlərsə tərəfindən qorunur. Çox zəif bir hakim idi. FIFA dərəcəli biri lazım ikən belə bir oyuna bunu verirlər. İkinci hissədə ‘Qalatasaray’ın oynamağına imkan vermirdi. Barış Alperin penaltilik vəziyyətinə baxmadı heç. Saraya açıq-aşkar qırmızı vərəqə vermədi. İnsanların zəhməti bir kənara atıldı.”
Rəhbər şəxs Arda Kardeşlerin əvvəlki qərarlarla məsuliyyətə cəlb olunduğunu xatırladaraq hazırkı təyinatı da tənqid edib:
“Arda Kardeşlerin hakimliyi bitirildi, bu qədər aşağı səviyyəli biri isə mükafatlandırılır. Ayıbdır. Ortada bir tamaşa var və biz bunu seyr etməyəcəyik. Axıra qədər izləyəcəyik. ‘Qalatasaray’ olaraq hər cür ədalətsizliyin qarşısında dayanırıq. Qalib gəlsək belə bunları deyəcəkdik.”
“Qalatasaray” rəhbərliyinin bu mövqeyinə cavab olaraq Türkiyə Futbol Federasiyasından açıqlama gözlənilir.
© Copyright 2026, All Rights Reserved