"Qalatasaray"ın ulduzu klubdan ayrılır
Alvaro Moratanın "Qalatasaray"da icarə əsasında çıxış etməsi yaxın zamanda başa çata bilər.
90plus.az xəbər verir ki, "Xetafe" klubu hücumçunu heyətinə qatmaq niyyətindədir. Moratanın özü "Qalatasaray"da qalmaq fikrində deyil.
Xatırlatma: Alvaro Morata cari mövsümün fasiləsində icarə əsasında "Milan"dan "Qalatasaray"a keçib. O, İstanbul təmsilçisinin heyətində 8 oyuna çıxaraq 3 qol vurub. "Milan" klubu ilə 2028-ci ilə qədər müqaviləsi qüvvədə olan futbolçunun transfer qiymətinin 13 milyon avro olduğu qeyd olunur.
© Copyright 2026, All Rights Reserved