"Qalatasaray"ın vitse-prezidenti: "Osimhen getsə belə..."
Türkiyə Super Liqasının hazırkı lideri "Qalatasaray" nigeriyalı hücumçu Viktor Osimhenlə yollarını ayırmaq niyyətində deyil.
90plus.az xəbər verir ki, Viktor Osimhen "Samsunspor"la oyundan sonra ayrılıq haqqında danışmışdı:
"Hamı üçün ən uyğun qərar mövsüm bitəndə veriləcək. Qalatasaray hər zaman qəlbimdə olacaq. Haqqımda yayılan söz-söhbətlər var, lakin mən hazırki anı yaşamağa üstünlük verirəm. Burada çıxış etməkdən zövq alıram, klubu sevirəm və azarkeşlər ilk gündən məni dəstəkləyirlər".
Bu barədə klubun vitse-prezidenti Nihat Hatipoğlu danışıb:
"Osimhenin "Samsunspor"la oyundan sonra dedikləri vida mesajı kimi səslənsə də, klub onu komandada saxlamaq istəyir. Müqaviləsini uzatmaq üçün bütün maliyyə və idman şərtlərini qarşılamağa hazır olduqlarını bildirib. Əgər oyunçu ayrılmaq qərarı versə belə, "Qalatasaray" onun ürəyində qalacaq".
© Copyright 2026, All Rights Reserved