Qalmaqallı türk hakim qaçış testindən kəsildi
Halil Umut Meler qaçış testindən kəsildi — Super Liqada gələcəyi sual altındadır.
90plus.az xəbər verir ki, Türkiyə futbolunda son illərin ən çox müzakirə olunan hakimlərindən biri olan Halil Umut Meler yeni mövsüm üçün keçirilən fiziki hazırlıq testindən uğurla keçə bilməyib. Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Qalmaqallı qərarları ilə tez-tez gündəmə gələn Meler, Türkiyə Futbol Federasiyası tərəfindən təşkil olunan qaçış testində normanı ödəmirək, Super Liqada oyun idarə etmək üçün tələb olunan fiziki standartlara cavab verə bilməyib.
Bildirilib ki, Halil Umut Melerə avqust ayının ikinci həftəsində yeni bir test imkanı veriləcək. Lakin o, həmin imtahandan da keçə bilməsə, Super Liqadakı təyinat hüququnu itirəcək və TFF 1-ci Liqaya göndəriləcək.
Bu vəziyyət onun karyerası üçün kritik məqam hesab olunur. Yeni mövsüm öncəsi TFF-nin hakimik fəaliyyətinə tətbiq etdiyi ciddi fiziki tələblər fonunda Melərin aqibəti böyük maraq doğurur.
© Copyright 2026, All Rights Reserved