Qavi: “Dembele mənim qardaşımdır”
“Barselona”nın yarımmüdafiəçisi Qavi komandasının “Real Madrid” üzərində La Liqa çempionluğunu təmin etdiyi oyundan sonra meydandakı gərginlik və futbolçular arasındakı münasibətlər barədə danışıb.
90plus.az xəbər verir ki, matçı dəyərləndirən ispaniyalı futbolçu bunları deyib:
“Tempimizi aşağı salmaq istəmirdik, amma oyun belə alındı. Üçüncü qolu istəyirdik, amma alınmadı. Daha çox qol da vura bilərdik.”
O, matç zamanı Vinisius Juniorla yaşadığı dialoqa da münasibət bildirib:
“Bu futboldu. Meydanda baş verənlər orada qalır. O da mənim kimi emosional oyunçudur. Ona susmasını dedim (15 Çempionlar Liqası jestinə görə). O, çox böyük futbolçudur. Meydandan kənarda isə mən tam fərqliyəm.”
Qavi keçmiş komanda yoldaşı Usman Dembeleni də xüsusi qeyd edib və onu yaxın dostu adlandırıb:
“O mənim qardaşımdır. Buraya gəldiyi gündən onunla birlikdə olmuşam və həmişə belə olub. O, çox yaxşı dostdur. Əlaqə saxlayırıq. Lamin Yamal ilə birlikdə dünyanın ən yaxşısına çevrilir.”
© Copyright 2026, All Rights Reserved