Qazaxıstan futbolunda güclü “yeyintilər” olub!
Qazaxıstan Futbol Federasiyasında maliyyə qaydaları ciddi şəkildə pozulub.
90plus.az xəbər verir ki, Qazaxıstan Respublikası Baş Prokurorluğu ölkənin əsas futbol qurumunda və bir neçə futbol klubda 6 milyon dollarlıq vəsaitdən sui-istifadə hallarını sübut edib.
Əsas pozuntular işçilərə və idmançılara 600 min dollar məbləğində əsassız mükafatlar təyin olunub. Talqarda federasiya obyektlərinin tikintisi zamanı pozuntular baş verib. Əsassız sənədlərin hazırlanmasına 270 min dollar xərclənib.
Ordabaşı, Aktobe və Jetısuda aparılan yoxlamalar zamanı oyunçu transferləri ilə bağlı saxtakarlıqlar, büdcə vəsaitlərinin oğurlanması aşkar olunub.
© Copyright 2026, All Rights Reserved