Qvardiol Modriçin uşaqlıq evini ziyarət etdi
Yosko Qvardiol Xorvatiyada Luka Modriçin uşaqlıq evini ziyarət edib.
90plus.az xəbər verir ki, bu ev 1991-ci il müharibəsi zamanı serb qüvvələri tərəfindən yandırılmış, Modriçin babası isə öldürülmüşdü. Onun ailəsi qaçqın kimi evini tərk etməyə məcbur olmuşdu.
Təsirli bir hörmət nümunəsi olaraq, Qvardiolun Modriçin Xorvatiya millisinin formasını evin qapısından asdığı bildirilir. Bu addım millinin əfsanəsinə hörmət rəmzi kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved