Rafa Silva “Beşiktaş”da!
"Beşiktaş" "Benfika" ilə müqaviləsi başa çatan Rafa Silvanın transferində xoşbəxt sonluğa çatıb.
90plus.az xəbər verir ki, 3 illik müqavilə imzalayan Rafa Silva İstanbula gəlir.
Klubun prezidenti Hüseyn Yücelin uzun müddətdir gizli saxladığı Rafa Silva Türkiyədən başqa təkliflər alsa da, “Beşiktaş”ın layihəsinə inanıb.
Rafa Silvanın son 3 mövsümü:
2023/2024 mövsümü: 52 matç, 22 qol, 15 məhsuldar ötürmə;
2022/2023 mövsümü: 47 matç, 14 qol, 14 məhsuldar ötürmə;
2021/2022 mövsümü: 45 matç, 12 qol, 18 məhsuldar ötürmə.
Mənbə: Sercan Dikme
© Copyright 2026, All Rights Reserved