Rafinya xəyallarını gerçək edib
Ötən gün "Barsa"nın 4-3 hesablı qələbəsinə iki qolla əsas töhfəni verən Rafinya Messi, Neymar və Suarezdən sonra bir mövsümdə 50 qolun vurulmasında birbaşa iştirak edən (qol + assist) ilk "Barselona" futbolçusu olub.
90plus.az xəbər verir ki, 28 yaşlı braziliyalı forvard ürək sözlərini paylaşıb:
"Buradakı qəhrəman mən deyiləm, komandadır. Bu komanda ilə 3 ildən az vaxtda 50 qol vurmaq mənim üçün çox xüsusi bir şeydir.
"Düzü, ən çılğın xəyallarımda belə bunun mümkün olduğunu düşünməzdim. Amma gerçəkdə bunu bacarmaq inanılmaz hissdir”.
📰: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved