Fatih Terimin klubunda maliyyə böhranı üsyana çevrildi
Səudiyyə Ərənistanı Pro Liqasında çıxış edən "Al Şabab" klubunda maliyyə böhranı get-gedə böyüyür.
90plus.az xəbər verir ki, "Al Shabab" futbolçuları 3 aydır maaşlarını almadıqları üçün Həmdallah və Karrasko rəhbərliyi qarşı üsyana başlayıb.
Belə ki, onlar 3 aydır maaşlarının verilmədiyini əsas gətirərək məşqlərə getməkdən imtina ediblər.
Klub prezidenti Mohamed Al Manjam oyunçulara maaşlarını bazar ertəsi "Damak"la oyundan əvvəl ödəyəcəklərini vəd etsə də, vədinə əməl etməyib.
Futbolçuların, texniki heyətin və inzibati heyətin maaşlarını ödəmək üçün klubun təxminən 10 milyon avroya ehtiyacı var.
İdarə Heyətinin bəzi üzvləri sədr Mohamad Almunajemin siyasətindən razı qalmadıqları üçün istefa ərizələrini təqdim ediblər.
Qeyd: Klubu türkiyəli Fatih Terim çalışdırır. Hazırda 6-cıdır.
© Copyright 2026, All Rights Reserved