“Real” dünya çempionatından milyonlar qazandı
“Real Madrid” ilk pley-off mərhələsinə yüksəldiyi üçün təxminən 7,5 milyon avro qazanacaq.
90plus.az xəbər verir ki, bu məbləğ qrup mərhələsindəki nəticələrə (iki qələbə və bir heç-heçə) görə artıq əldə edilən 5 milyon avroya və turnirdə iştirak üçün verilən 38 milyon avroya əlavə olunur.
İndi 1/8 finalda “Yuventus”la qarşılaşmağa hazırlaşan Madrid təmsilçisi mərhələ adlayacağı təqdirdə daha 13,1 milyon avro gəlir əldə edəcək.
Yarımfinala yüksəlmək 21 milyon avro, finala vəsiqə isə ümumi gəliri 30 milyon avroya çatdıracaq.
Əgər “Real Madrid” turnirin qalibi olsa, yalnız pley-off mərhələlərindən ümumi qazanc 40 milyon avronu keçəcək ki, bu da klub üçün böyük maliyyə uğuru deməkdir.
© Copyright 2026, All Rights Reserved