"Real Madrid" Arda Gülərə edilən təklifi dəyərləndirəcək
"Arsenal" "Real Madrid"də çıxış edən Arda Gülər üçün 35 milyon funt sterlinq dəyərində transfer təklifi verməyə hazırlaşır.
90plus.az xəbər verir ki, London təmsilçisi 2021-ci ildə Martin Odeqard transferində olduğu kimi, "Real Madrid"də yetərincə oyun şansı qazanmayan Arda Gülərə əsas komandada müntəzəm çıxış imkanı verməyi planlaşdırır.
"Real" isə bu təklifi dəyərləndirəcək.
Qeyd: Arda Güler keçən il "Fənərbağça"dan transfer edilmişdi. O, bu mövsüm 21 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved