"Real"ın baş məşqçisinə İtaliyada mükafat verildi
"Real" klubunun baş məşqçisi Karlo Ançelotti "Qızıl skamya" mükafatına layiq görülüb.
90plus.az xəbər verir ki, mükafatlandırma mərasimi İtaliyanın Coverciano məşqçi məktəbində baş tutub. Ançelotti bu mükafatı Madrid klubundakı nailiyyətlərinə görə əldə edib.
Bundan öncə A Seriyasında 2023/24 mövsümünün ən yaxşı məşqçisi seçilən Simone İnzaqi (“İnter”) də eyni mükafatla təltif olunmuşdu.
Xatırlatma: Ançelotti 2021-ci ilin yayından "Real" klubuna rəhbərlik edir. O, 2013-2015-ci illərdə də Madrid komandasını çalışdırıb. 65 yaşlı italiyalı mütəxəssis daha əvvəl “Everton”, “Napoli”, “Bavariya”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus” və “Parma” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.
© Copyright 2026, All Rights Reserved